Əl-Cəzirə tele-kanalı bu gün Bağdadda girov götürülən beynəxallq yardım işçisi Marqaret Həsəni nümayiş etdirmişdir. Kadrlar Britaniyda doğulmuş İraq mənşəli xanım Həsəni əynində ağ köynək və danışarkən göstərmişdi. Lakin onun nə dedikləri səsləndirilməmişdi. Əl-Cəzirə tele-kanalının müxbirinin bildirdiyinə görə xanım Həsənin girov götürülməsinin məsuliyyətini adını açıqlamayan bir yaraqlı qrup üzərinə alıb. Xanım Həsən iraqlı ilə ailə qurmuş və İraqda yaşayırsdı, O, ömrünün 25 ilini yardım işlərinə hərf etmişdi. Bu arada, İraqın Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Bağdadın şimal bölgəsində yerləşən hərbi bazaya hücum nəticəsində Milli Qvardiyanın 4 əsgəri qətlə yetirilmiş, 80 əsgər yaralanmışdır. Amerikanın hərbi qüvvələrinin bildirdiyinə görə, Fəllucədə isə hava hücumları nəticəsində Əbu Müsab Əl- Zərqavinin terrorist şəbəkəsinin sahələri darmadağın edilmişdir. İraqın şimal bölgəsində neft kəmərinə qarşı sabotajın səbəb olduğu yanğının söhdürülməsinə çalışılır.