Accessibility links

İraqda BMT işçilərinə ehtiyac var  - 2004-10-20


İraqın xarici işlər naziri Huşyar Zebari bu gün Bağdadda müxbirlərlə söhbəti zamanı deyib ki, yanvar ayı keçiriləcək ümumseçkilərə hazırlıq üçün BMT-nin rolunun genişləndirilməsinə ehtiyac duyulur. Cənab Zebari deyib ki, ölkə ərazisi və vəziyyətin mürəkkəbliyi daha artıq BMT işçisi tələb edir. Xarici işlər nazirinin dediyinə görə məsələ gələn ay Misirdə keçiriləcək İraqla bağlı Beynəlxalq Konfransda qaldırılacaq. Birləşmiş Ştatların dövlət katibinin müavini Vilyams Burns konfransa yalnız İraqın müvəqqəti hökumətinin üzvlərinin dəvət ediləcəyini bildirib. Lakin Fransa İraqın müxalifət üzvlərinin də konfransa dəvət edilməsində israr edir.

XS
SM
MD
LG