Ağır Cinayətlərə dair məhkəmə Müsavat partiyası sədrinin müavinləri Arif Hacılını 5 il, İbrahim İbrahimlini 3 il, Xalq partiyasının sədri Pənah Hüseyni 4,6 il, Ümid partiyasının sədri İqbal Ağazadəni 3 il, Demokrat partiyasınını baş katibi Sərdar Cəlaloğlunu 4,6 il, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunu 5 il, Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədovu 2,6 il azadlıqdan məhrum edib. Onlar ötən il prezident seçkilərindən sonra baş verən qarşıdurmadan sonra həbs edilib.