İraqda girovda olan Marqaret Həssənənin iraqlı həyat yoldaşı Təhsin Əli Həssən Çrəb televiziya kanallarından birində çixiş edərək naməlum girovdarlardan xahiş etmişdir ki, müsəlman ayı Ramazanda onun arvadını azadlığa buraxsınlar. Dünən o bildirmişdir ki, video kasetdə girovda olan arvadını görmuş, bu onun və arvadının qohumlarının kədərinə və narahatlığına səbəb olmuşdur. Beynəlxalq CARE Cəmiyyətinin direktoru bildirib ki, Əl Cəzirə televiziyasına göndərilən bu kasetdə girov götürülən qadın yalvararaq Britaniyanın baş naziri Toni Bleyerdən Britaniya qoşunlarını İraqdan çıxarmasını xahiş edir. Beynəlxalq CARE cəmiyyəti eləcə də xanım Həssənin humanitar sahədə 30 ildən çox çalışdığını bildirmiş və onun salamat azadlığa buraxılmasına çağırmışdır.