Accessibility links

Həmid Karzai səs çoxluğu ilə irəlidədir - 2004-10-24


Əfqanıstanda oktyabrın 9-da keçirilən prezident seçkilərində prezident Həmid Karzainin əsəs rəqibi Yunus Qanuni məğlubiyyəti qəbul etmişdir. Qeyd edək ki, hələ səslərin 5 faizi hesablanmamışdır. Yunus Qanuninin sözçüsü bildlrib ki, cənab Qanuni səsvermə zamanı saxtakarlıqlara yol verildiyinə inansa da, öz xalqının iradəsinə hörmət edir. Artıq səslərin 94 faizi hesablanıb. Həmid Karzainin səslərin 55 faizini əldə etməsi ilə seçkilərin ikinci mərhələsinə ehtiyac qalmır.

XS
SM
MD
LG