Accessibility links

Trabzonda 6 adam yaralanıb - 2004-10-24


Türkiyədən alınan xəbərlədə deyilir ki, Trabzon şəhərindəki Mak Donalds restoranının girişində partlayış olub. Anadolu xəbər agentliyi bildirir ki, hadisə nəticəsində 6 adam xəsarət alıb. Hazırda hadisə yerindən qaçmağa nail olan hücumçunun axtarışı aparılır. Partlayış restoranın şüşələrini qırmışdır. Xəsarət alanlar 66 yaşlı bir kişidən başqa əsasən yeniyetmələrdir. Polis hucumun məsuliyyətini kimin daşıdığından xəbərdar olmadığını bildirir. Bu, Türkiyədə Amerikanın fast food restoranlarına qarşı ilk hücum deyil.

XS
SM
MD
LG