Accessibility links

ABŞ dövlət katibi Yaponiyadan Çinə gedib - 2004-10-24


Hazırda Çində olan ABŞ dövlət katibi Kolin Pauelin danışıqlarının Tayvan və Şimali Koreyanın nünə silahı proqramı üzərində cəmləşəcəyi gözlənilir. Bu gün Yaponiyadan Çinə gedən dövlət katibi Şimali Koreyanın altıtərəfli danışıqlara qoşulmasının vacibliyini vurğulamışdır. O demişdir ki, Şimali Koreya Amerikanın insan hüquqları sahəsindəki vəziyyəti tənqidləri, habelə regionda dəniz təlimləri keçiirlməsi ilə bağlı Amerikanın yeni qanununu nüvə danışqılarını boykot etməsinə bəhanə göstərməməlidir. Çümə günü Şimali Koreya 9 ölkənin iştirak edəcəyi dəniz təlimləri və Amerikanın yeni qanununun ABŞ-ın “düşmən siyasəti”ni bir daha sübut etdiyini bildirmişdi.

XS
SM
MD
LG