Pakistan rəsmilərinin bildirdiyinə görə Əl-Qaidə militantlarının yerləşdirdiyi güman edilən 2 mina partlayışı nəticəsində 1 adam həlak olmuş, 3-ü yaralanmışdır. Hadisələrin hər ikisinin də Cənubi Vəziristan vilayətinin Makin bölgəsində baş verdiyi xəbər verilir. Ölən şəxsin qəbilə başçısının qardaşı olduğu deyilir. Bütün bunlarla yanaşı, Pakistan qüvvələri Əl-Qaidə ilə əlaqəsi olan Abdulla Məsudun axtarışını davam etdirir.