Accessibility links

Kolin Paulen Asiya səfəri başa çatdı - 2004-10-26


Cənubi Koreya və Birləşmiş Ştatlar Şimali Koreyanın nüvə proqramı ilə bağlı danışılara cəlb edilməsi istəyində olduqlarını bir daha təkrar ediblər.3 günlük Asiya səfərinə ABŞ dövlət katibi Kolin Pauel Cənubi Koreyanın prezidenti Roh Mu Hyun və digər rəsmi şəxslərlə görüşməklə yekun vurub. Görüşlər Şimali Koreyanın çoxtərəfli danışıqların bərpasını rədd etməsi ilə müşayiət edilib. Pxenyan bildirib ki, Amerikanın başçılığı ilə Yapon sularında keçiriləcək hərbi təlimlər Şimali Koreyanı hədəf alan müharibəyə işarədir. Şimali Koreya belə bir şəraitdə danışıqların mümkün olmayacağını bilriirb. Seulda müxbirlərlə söhbəti zamanı dövlət katibi Kolin Pauel danışqıların bərpasının Pxenyanın maraqlarına uyğun olduğunu deyib. “Bizim Şimali Koreyaya hücum etmək niyyətimiz yoxdur. Biz heç bir düşmən niyyətinə malik deyilik. Beynəlxalq ictimaiyyəti Şimali Koreyaya yardım göstərməkdən onun nüvə məsələsi məhrum edir. Biz danışıqların mümkün qədər tez başlamasını istəyirik”-deyə dövlət katibi bildirib. Şimali Koreya artıq on illərdir ki, xalqı üçün ərzaq yardımına ehtiyac duyur. Amerika, Yaponiya və Cənubi Koreya dünyanın ən böyük ərzaq donorlarıdır.

XS
SM
MD
LG