Accessibility links

Tapılan cəsəd Yapon vətəndaşına məxsus deyil - 2004-10-30


Yaponiya rəsmiləri bildirirlər ki, Bağdadın şimalında tapılan cəsəd girov götürülən Yapon vətəndaşına məxsus deyil. Halbuki, bir neçə saat əvvəl hökumət öldürülən şəxsin Şosei Kodaya oxşadığını bildirmişdi. Bağdadın şimalındakı Balad qəsəbəsi yaxınlığında tapılan cəsədin şəxsiyyətini müəyyənləşdirmək üçün bu gün onu Küveytə aparıblar. Baş kabinet katibi Hiroyuki Hosoda bu gün Tokyoda müxbirlərə deyib ki, Yaponiyanın Küveytdəki səfirliyində keçirilən tibbi müayinə nəticəsində həmin cəsədin 24 yaşlı Şosei Kodaya məxsus olmadığı bildirilib. Cənab Hosodanın bildirdiyinı görə, tibbi müayinə zamanı boyun ölçüsü, başın arxa hissəsi və dişlərin quruluşu cəsədin Kodaya məxsus olmadığını təsdiq edir. Xəbərlərdə bildirilir ki, tapılan cəsəd bir qədər əvvəl işgəncəyə məruz qalaraq güllələnmişdir. Yaponiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Hatsuisa Takaşimanın dediyinə görə, Yaponiya Birləşmiş Ştatlar hərbiçilərindən şəxsiyyəti müəyyənləşdirilmək üçün Küveytə göndərilən cəsədin kimə məxus olduğunu bildirməsini istəyir. Bundan əvvəl isə Birləşmiş Ştatlar hərbi qüvvələri tapılan cəsədlə Koda arasında böyük oxşarlığın olduğunu bildlrilmişdi. Xatırladaq ki, çərşənbə günü İnternetdə göstərilən video vasitəsi ilə girovdarlar Yaponiya öz hərbi qüvvələrini İraqdan çıxarmadığı təqdirdə 48 saatdan sonra Kodanın başının kəsiləcəyi bildirilmişdilər. Yaponiyanın Baş Naziri Junuçiro Koizumi isə öz hökumətinin terroristlərin tələblərinə boyun əyməyəcəyini deyib. Eyni zamanda Konadının girov götürülməsindən 48 saat keçməsinə baxmayaraq girovdarlardan hələ heç bir xəbər yoxdur.

XS
SM
MD
LG