Accessibility links

ATƏT Ukraynada keçirilən seçkilərin demokratik olmadığını bildirmişdir. - 2004-11-01


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının seçki müşahidəçiləri Ukraynada keçirilən seçkilərin, ATƏT-in demokratik seçki üçün müəyyən etdiyi standartların çoxuna uyğun gəlmədiyini bildirmişlər. ATƏT-in seçki missiyasının nümayəndəsi Brus Corc bu gün Kievdə demişdir ki, səsvermə Ukraynada 2002-ci ildə keçirilən parlament seçkiləriylə müqaisədə bir addım geri qayıdıldığını göstərir. Buna baxmayaraq ATƏT seçkilərdə iştirakinın 75 faiz olmasını razılıq hissiylə qarşılamışdır. Onlar medyanın tərəf saxlamasını, hökumətin Baş Nazir Viktor Yanukoviçi himayə etməsini, müxalifətin mitinglərinin dağıdılmasını və seçki komissiyasının şikayətlərə nə şəkildə baxdığı məsələlərində vəziyyətin mənfi olduğuna işarə etmişlər.

XS
SM
MD
LG