Əfqanıstanda BMT-nin üç əməkdaşını girov götürən yaraqlılar girovları qətlə yetirmək üçün verdikləri möhlətin vaxtını uzadıblar. Özünü girovdarların nümayəndəsi adlandıran şəxs bildirib ki, girovları azad etmək üçün danışıqlar aparıldığına görə möhlət vaxtı uzadılıb. Lakin o, möhlət vaxtının nə zamana qədər uzadıldığı barədə məlumat verməyib. O deyib ki, təhlükəsizlik səbəblərinə görə girovların azadlığa buraxılması məsələsini müzakirə etməyəcək. BMT-nin rəsmiləri bildiriblər ki, onlar özünü İslam Ordusu adlandıran girovdarlarla danışıqlar aparırlar. Yaraqlılar girovları azad etmək üçün ABŞ-ın həbsxanalarında olan Taliban döyüşçülərinin azad edilməsini, BMT-nin Əfqanıstandakı fəaliyyətinin dayandırılmasını və xarici hərbi qüvvələrin Əfqanıstandan çıxarılmasını tələb edirlər.