Prezident Buş əfqan prezidenti Həmid Karzayı seçkilərdəki qələbəsi münasibəti ilə təbrik etmiş, səsverməni terrorizmin məğlubiyyəti adlandırmışdır. Bununla yanaşı BMT Əfqanıstanda girov saxlanılan 3 işçisinin taleyi ilə bağlı narahatlığını bildirib. BMT nümayəndəsi bunu Kabildə keçirilən mətbuat konfransında deyib. Qeyd edək ki, girovdarların tələbinin qarşılanmasına qoyduqları daha bir möhlət başa çatdı. Girovları saxlayan qrup onların qətlə yetirilib-yetirilməməsinə sabaha qədər qərar verəcəyini bildirib.