Accessibility links

Dünya liderləri Corc Buşu təbrik ediblər - 2004-11-04


Dünya ölkələrindən Amerika prezident seçkilərində Corc Buşun qələbəsinə reaksiyalar gəlməkdə davam edir. Birləşmiş Ştatların İraqa müdaxiləsinin əleyhinə çıxan Fransa prezidenti Jak Şirak prezident Buşu ikinci müddətə seçilməsi münasibətilə təbrik edib. Prezidentə ünvanladığı məktubda cənab Şirak Corc Buşun qələbəsinin Fransa və Amerika arasında dostluq münasibətlərinin güclənəcəyinə ümid etdiyini bildirib. Moskvada prezident Vladimir Putin və Rusiyada səfərdə olan İtaliya baş naziri Silvio Berluskoni deyiblər ki, prezident Buşun qələbəsi Amerikanı daha da qüdrətləndirəcək. Yaponiyanın baş naziri Yuniçiro Koizumi Corc Buşun qələbəsini alqışlayaraq əlavə edib ki, prezidentin yeni müddətə seçilməsi Amerika xalqının öz rəhbərliyinə inamının göstəricisidir. Çin prezidenti Hu Tsintao da öz növbəsində Corc Buşu yenidən prezident seçilməsi münasibətilə təbrik edib və Pekinin Vaşinqtonla konstruktiv əməkdaşlıq yaraqmaq istiqamətində işi davam etdirəcəyini deyib. Dünyanın ən böyük müsəlman dövləti olan İndoneziyanın rəsmiləri prezident Buşa təbrikərini bildirərək terrorizmə qarşı mübarizədə onunla yaxından əməkdaşlıq edəcəklərinə söz veriblər.

XS
SM
MD
LG