NATO-nun baş katibi Yaap de Xoop Sxeffer Azərbaycanla NATO arasında fərdi tərəfdaşlıq proqarımını müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, fərdi əməkdaşlıq proqramı Böyük İpək Yolunun bərpası çəriçvəsində layihələrdən tutumuş ətraf mühitin qornuması da daxil olmaqla elmi araşdıramları nəzərdə tutur. «Fərdi əməkdaşlıq Proqramı çox genişdir. Bu silahlı qüvvələrdə, o cümlədən ümumi müdafiə sistemində ciddi islahatların aparılmasını, qanunun aliliyinin təmin olunmasını və insan haqlarına hörmətlə yanaşılmasını nəzərdə tutur ». Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov isə Azərbaycanın NATO ilə hərtərəfli əməkdaşlığı genişləndirməyə hazır olduğunu bəyan edib.