Yasir Ərafatın Paris yaxınlığındaki hərbi hospitalda koma vəziyyətinə düşdüyü barədə məlumat yayıldığı vaxt rəsmilər onun mümkün dəfn məsələlərini müzakirə edirlər. Müzakirə olunan əsas məsələlərdən biri gocaman Fələstin rəhbərinin harada dəfn olunacağıdir. Fələstinin Fransadakı təmsilçisi Leyla Şəhid cənab Ərafatın beyninin funksiyasını itirdiyi və onun həyatının cihazlarla saxlanması barədə məlumatları rədd etmişdir. Fransanın RTL radiosuna verdiyi müsahibədə o demişdir ki, cənab Ərafat kliniki komadadır və bu vəziyyətdən çıxa bilər. Cənab Ərafat öz həmkarlarına bildirmişdir ki, o, İsrailin baş naziri Ariyel Şaronun qadağan etdiyi Güdsün Gədim Şəhərində dəfn olunmasını arzu edir. İsrail rəsmiləri isə Gəzza zolağında onun ailəsinin dəfn olunduğu yeri nəzərdə tuturlar. Fələstin və İsrailin təhlükəsizlik güvvələrinin rəsmiləri ayrı-ayrı iclaslar keçirib, cənab Ərəfətin vəfatından sonra yarana biləcək geyri-sabitliyi müzakirə etmişlər. İsrail radiosunun məlumatına görə rəsmilər 50 yaşından yuxarı fələstinlilərin İsrailə daxil olmasına məhdudiyyətlər goymuşdur.