İran Qərb ölkələri ilə nüvə proqramı məsələsində apardığı mübarizədə özünə yeni qüdrətli müttəfiq qazanıb. Tehranda səfərdə olan Çin xarici işlər naziri Li Jaoksinqin verdiyi açıqlamaya əsasən o, amerikalı və britaniyalı həmkarlarına bildirib ki, Çin İranın nüvə ambisiyaları ilə bağlı məsələnin Beynəlxalq Nüvə Enerjisi Agentliyi çərçivəsində həll edilməsini istəyir. Onun fikrincə bu məsələnin Təhlükəsizlik Şurasına ötürülməsi vəziyyəti yalnız mürəkkəbləşdirəcək. Amma o, İrana qarşı sanksiyalar tətbiq olunarsa Çinin öz veto hüququndan istifadə edib-etməyəcəyi haqda heç nə deməyib. Cənab Linin bəyanatı Britianiya, Fransa və Alman diplomatlarının Parisdə İran rəsmiləri ilə razılığa gəlmək üzərində danışıqlar apardığı vaxta təsadüf edir.