Accessibility links

Iraqda üsyançılar onlarla insanı qətlə yetiriblər - 2004-11-07


Bu gün səhər yaraqlıların İraqda bir sıra polis məntəqələrinə etdikləri hücumlar nəticəsində azı 21 nəfər həlak olub. Bu hücumlar Amerika və İraq hərbi qüvvələrinin Fəllucə şəhərindəki yaraqlılara qarşı hərbi əməliyyata hazırlaşdıqları və İraq müvəqqəti hökumətinin Kürdistan müstəsna olmaqla ölkənin bütün bölgələrində 60 gün müddətində komendant saatı tətbiq etdiyi vaxta təsadüf edir. Yaraqlılar Anbar bölgəsinin şimal-qərbində yerləşən Hadisa və Haqlaniyah şəhərlərinin polis məntəqələrinə hücum ediblər. Xəbərlərə əsasən onlar Haqlaniyah polis məntəqəsini tutaraq məntəqənin polis rəisi Shahir Əl-Ghureyfi daxil olmaqla bir qrup polisi öldürüblər. Dünən də Samarra şəhərində 4 maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində azı 33 nəfər həlak olmub. Dünən yaraqlıların Ramadi şəhərinə etdikləri hücumlar nəticəsində 16 Amerika əsgəri yaralanmışdır. Yaraqlıların İraqın şimal-qərb bölgəsinə etdikləri hücumları göründüyü kimi, Amerika və İraqın hərbi qüvvələrinin yaraqlıların istehkamlandığı Fəllucə şəhərinə hücuma hazırlaşmaları ilə bağlıdır. 12 minə yaxın Amerika və İraq əsgəri Fallucə şəhərini mühasirədə saxlayır. Onlar şəhərə hücum etmək üçün Baş Nazir İyad Əlavinin sərəncamını gözləyirlər. Amerikanın hərbi təyyarələri Fallucədəki yaraqlıların mövqeylərini bombardman etməyi davam etdirirlər. Şəhər sakinlərinin çoxu şəhəri tərk edir. Əcnəbi və İraqlı yaraqlılar əməliyyatlar üçün Fəllucə şəhərindən baza kimi istifadə edirlər. Baş Nazir Əlavi onlarda təslim olmağı tələb edib.

XS
SM
MD
LG