Accessibility links

Əfqan girovdarları Taliban dustaqlarının buraxılmasını tələb edirlər - 2004-11-07


Əfqanıstanda 3 BMT işçisini girov götürmüş militant qrup hökumətə girovlarla dəyişməyə 26 Taliban məhbusunun adını vermişdir. Özünü Müsəlman Ordusu adlı qrupun nümayəndəsi kimi qələmə verən bir nəfər bu gün bu haqda açıqlama verib. Onun dediyinə görə Əfqan hökumətinin Çərşənbə Axşamına qədər məhbusları buraxmağa vaxtı var. Hökumət girovdarlarla danışıqların aparıldığını təsdiq etməkdən imitina edib. Keçən ay girov götürülmüş insanlar Filippindən olan bir kişi və Şimali İrlandiya və Kosovodan olan iki qadından ibarətdir.

XS
SM
MD
LG