BMT-nin nüvə agentliyinin başçısı Avropa ölkələri ilə İran arasındakı razılıqla bağlı nikbinliyini bildirib. Britaniya, Almaniya və Fransa razılığa rəsmən münasibət bildirməyiblər. Bu gün Beynəlxalq Atom Enerjisi Agentliyinin Sidneydə keçirdiyi konfransında agenltiyin sədri Məhəmmdə Əl-Bəradeyi razılığın İranın uranın zənginləşdirilməsi proqramını dayandırmasına yardım edəcəyinə ümid bəslədiyini bildirib. Cənab Bəradeyi deyib ki, nüvə materiallarının terrorçuların əlinə keçməməsi sahəsində çox az iş görülüb.