Accessibility links

Abidcanda etiraz aksiyaları davam edir - 2004-11-08


Fil Dişi sahillərinin Abidcan şəhərində Fransanın hərbi mövcudluğuna qarşı etiraz aksiyası 3 gündür davam edir. Şəhərə onlarla Fransa tankı yerləşdirilib. Bazar ertəsi dövlət radiosunun çağırışı ilə prezident Laurent Gbagbonun evi ətrafında insan qalxanı yaradılıb. Fransa qüvvələri tərəfindən havaya xəbərdarlıq atəşləri açılır. Fransanın hərbi mənbələri prezident Gbanboya qarşı çevriliş cəhdini inkar edib, tankların şəhərə Avoire mehmanxanasının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yerləşdirildiyini bildirib.

XS
SM
MD
LG