Accessibility links

Fələstin liderinin vəziyyəti ağırdır - 2004-11-09


Fələstin lideri Yasir Ərafatın yardımçısı Tayeb Əbdel Rəhimin bildirdiyinə görə Ərafat beyin qansızması səbəbi ilə ölümcül vəziyyətdədir. İordan çayının qərb sahilində çıxış edən cənab Rəhim deyib ki, Yasir Ərafatın beyin qansızması dünən axşamdan etibarən qeydə alınıb. O, Fələstin rəhbərlərinin bu gün axşam yığıncaq keçirəcəyini bildirib. Tayeb Əbdel Rəhim Yasir Ərafatın Ramalla şəhərində dəfn edilməsi barədə qərar qəbul edildiyini deyib. Fələstinin kabinet naziri Nabil Şaat Fələstin liderinin taleyinin “Allahın əlində” olduğunu bildirib. Bu gün cənab Şaat və Fələstinin baş naziri Əhməd Qureya Ərafata xəstəxanada baş çəkiblər.

XS
SM
MD
LG