Accessibility links

ABŞ dövlət katibi Meksikadadır - 2004-11-09


Birləşmiş Ştatların dövlət katibi Kolin Pauell bildirir ki, Buş administrasiyası sənədsiz meksikalı işçilərin qanuniləşdirilməsi ilə bağlı konresə təzyiq göstərməyə hazırdır. Hazırda Meksikada olan cənab Pauell ölkə rəsmiləri ilə mühacirət və digər məsələləri müzakirə edir. Ötən yanvar ayı prezident Buş milyonlarla meksikalı və digər sənədsiz qeyri-qanuni mühacirlərin müvəqqəti iş vizaları il təmin ediləcəyinə vəd vermişdi. Lakin bu təklif seçki ili siyasəti və digər faktorlara görə arxa plana çəkilmişdi. ABŞ dövlət katibi Kolin Pauell Buş administrasiyasının bu təklifə respublikaçıların konrqesdə qüdrətini artıran seçkilərdən sonra yeni təkan vermək niyyətində olduğunu bəyan edib.Seçkilərdən sonra prezident Buşa təbriklərini çatdırmaq üçün zəng edən Meksika prezidenti mühacirət məsələsini bir daha xatırladaraq, demişdi ki, iki ölkə arasında imkanlara pəncərə açılmışdır. Birləşmiş Ştatlarda 8 miylona yaxın sənədsiz işçi olduğu təxmin edilir. Onlar ölkələrinə milyonlarla dollar göndərməklə Meksika iqtisadiyyatına böyük yardım göstərirlər. ABŞ dövlət katibi Kolin Pauell konqresin planı təsdiq etməsi şansının artdığını bildirmişdir. Belə ki, 2001-ci il terror aksiyalarından sonrakı üç il ərzində ABŞ sərhədlərinin möhkəmləndirilməsi və Meksika ilə əlaqələrin genişləndirilməsi ictimaiyyətin razılığı ilə qarşılanır. Meksika hökuməti Vaşinqton ilə terrorizm, narkotik və insan qaçaqmalqılığına qarşı mübarizədə əməkdaşlıq etdiyini və indi Amerikanın mühacirlərlə bağlı ölçülər götürməsi vaxtının gəlib çatdığını bildirir.

XS
SM
MD
LG