Əfqanıstanda səfərdə olan ABŞ Dövlət katibinin müavini Riçard Armitaçın bildirdiyinə görə, Birləşmiş Ştatların yüksək vəzifəli rəsmiləri BMT-nin üç nəfər işçisini girov götürmüş girovdarlarla danışıqları rədd edərək deyiblər ki, bu cinayətkarlığın təşviqi demək olardı. İki həftə bundan əvvəl İslamçı qrup olduğundan şübhələnilən yaraqlılar Kabildə BMT-nin üç nəfər işçisini girov götürərək danışıqlara gedilmədiyi təqdirdə onları oldürəcəkləri ilə hədələmişlər. Eləcə də onlar, bəzilərinin Birləşmiş Ştatların nəzarəti altında olanlar da daxil edilməklə 26 nəfər məhbusun azad edilməsini tələb etmişlər. Birləşmiş Ştatlar Dövlət katibibnin müavini Riçard Armitaj bu gün Kabildə müxbirlərə deyib ki, Birləşmiş Ştatlar danışıqlara getməyəcək. İslam Ordusu adlanan qrup üç nəfəri girov götürdüyünü iddia edir. Həmin qrup özünü Afqanıstandakı keçmiş Taliban İslam hökumətinin ayrılmış bir fraksiyası adlandırıb və artıq bir neçə dəfə Kosova, Filippin və Şimali İrlandiyadan olan girovları qətlə yetirəcəkləri ilə hədələyib. Əfqanıstanın rəsmi nümayəndələri girovların azad edilməsinə ilə bağlı girovdarlarla müzakirə aparmağa cəhd etsələr də onlar təmasa girməkdən imtina ediblər. Əfqanıstan prezidenti Həmid Karzai deyib ki, onun hökuməti girov götürülmüş BMT işçilərinin azad edilməsi sahəsində çox çalışır. Riçard Armitac Kabildə deyib ki, Buş administrasiyası Əfqanıstanda yenidənqurma işlərini gücləndirəcək və olkədə demokratiyanın yaradılması cəhdlərini artıracaq. Cənab Armitac keçən ay Əfqanıstanda keçirilən prezident seçkilərini möcüzə adlandırmişdır. Bu, öklədə on illərdən bəri keçirilən ilk seçkilər idi. O əlavə edib ki, gələn il keçiriləcək parlamaent seçkilərinin uğurlu olması üçün ölkədəki yaraqlılar tərksilah edilməlidir.