Bu gün Yasir Ərafatın cənazəsi Ramallahda torpağa tapşırılmışdır. On minlərlə insan Fələstin lideri ilə vidalaşmağa toplaşmışdı. Yasir Ərafatın dəfn mərasimi bu gün Gahirədə cənazə namazı ilə başlanmış və cənazənin atlı hərbi lafetin milli liderlər və monarxların müşayiəti ilə daşınması triumfal bir yürüşlə bitmişdi. Misrin Əl-Əzhər məsçidinin Böyük Şeyxi mərasimdə demişdir ki, cənab Ərafat həyatı boyu, Allah ilə ruh yüksəkliyi və təmiz vicdanla görüşdüyü ana kimi həmvətənlərinə xidmət etmişdir. Cənab Ərəfətin cənazəsi son mənzili Ramallaha aparılmaq üçün hərbi lafetdən vertoliyota yerləşdirilərkən Ərafatin həyat yoldaşı Suha və dogguz yaşlı qızı Zahva ağlayırdılar. Hərbi orkestrin Fələstin və Misrin dövlət himnlərini ifası zamanı toplaşmış insanlar sükut saxlamışdılar. Yüksək təhlükəsizlik şəraitində keçirilmiş dəfn mərasiminə adi vətəndaşlar buraxılmamışdı. Lakin Misir televiziyası ilə canlı yayımlanan mərasim dünyanın hər yerində nümayiş etdiirlmişdi. Ərəb ölkələri rəhbərlərinin coxunun İsrailin nəzarət etdiyi Fələstin ərazilərinə səfərlərinin siyasi çətinliklərini nəzərə alaraq, cənab Ərafatın dəfn mərasimi Misir təşkil edilmişdi. Fələstin rəhbərinin Fransada dövlət səviyyəli və Qahirədə keçirilmiş hərbi dəfn mərasimlərindən fərqli olaraq Ramallahdakı mərasim xalqla vida mərasimi idi.