Müxalifət partiyasından prezidentliyə namizəd Sergey Baqapşın tərəfdarları Abxaziya regionunun hökumət idarələrini ələ keçiriblər. Bu gün Suxumi şəhərində əllərində bayraq və Baqapşın müdafiəsi ilə şüarlar bağıran kütlə ofisləri zəbt edib. Rusyanın İTAR-TASS xəbər agentliyinin bildirdiyinə görə, prezident aparatı binasının şüşələri sındırılıb. Respublikanın Ali Məhkəməsi oktyabr ayı prezident seçkilərində Baqapşın qələbə əldə etdiyini bəyan etmiş, lakin bir neçə saat sonra qərarını dəyişərək, yenidən səsvermə keçiriləcəyini bildirmişdi.