Accessibility links

ABŞ dövlət katibi istefa verdi - 2004-11-15


Dövlət Departamentinin rəsmiləri deyirlər ki, prezident Buş idarəsinin tanınmış və təcrübəli üzvü Kolin Pauel istefası ilə bağlı ərizəsini cümə günü prezident Buşa təqdim edib. Lakin bu vəzifəyə yeni bir şəxsi təyin edilənə qədər cənab Pauel vəzifəsində qalacaq. 67 yaşlı dövlət katibi ilə müdafiə naziri Donald Ramsfeld arasında İraq müharibəsilə əlaqədar başlıca məsələlərdə fikir ayrılığı olub. ABŞ-ın 65-ci dövlət katibi Kolin Pauel 2001-ci ilin yanvar ayının 20-də vəzifəsinə təyin edilmişdi. O, bu vəzifəyə təyin edilən ilk Afrika mənşəli Amerikalıdır.

XS
SM
MD
LG