Accessibility links

Tacikistan Əfqanıstanla sərhədlərə özü nəzarət edəcək - 2004-11-15


Rusiya Tacikistan və Əfqanıstan sərhədlərinin nəzarətini tacik qüvvələrinə verir. Rusiyanın sərhəd qvardiyasının sözçüsü təhvil prosesinin ötən ay Rusiya prezidenti Vladimir Putin və onun tacik həmkarı İmaməli Rəhmanovun imzladığı razılığa əsasən həyata keçirildiyini bildirib. Nümayəndə dekabr ayının ortalarınadək 1300 km-lik sərhədlərin 70 faizinin tacik keşikçiləri tərəfindən qorunacağını bildirib. Rusiya 1993-cü ildən etibarən Əfqanıstandan narkotik maddə və silah qaçaqmalçılığına mane olunması məqsədi ilə tacik qüvvlərinə yardım edirdi.

XS
SM
MD
LG