Accessibility links

BMT-nin nüvə agentliyi İranla bağlı hesabatını açıqlayıb - 2004-11-15


Beynəlxalq Nüvə Enerjisi Agentliyi İranın nüvə fəaliyyətlərinin Tehranın iddia etdiyi kimi, ancaq sülhməramlı olduğu, yaxud nüvə silahlarının istehsalına yönəldilyindən əmin olmadığını bildirir. Beynəlxalq Nüvə Enerjisi Agentliyi İran barədə 32 səhifəli məxfi hesabatı idarəetmə şurasının diplomatları arasında yaymışdır. Agentlik İranın könüllü olaraq nüvə bombalarının hazırlanmasında istifadə oluna bilən gaz sentrifugalarının istehsalı və idxalı daxil olmaqla, uranın zənginləşdirilməsi ilə bağlı bütün fəaliyyətlərini dayandırmasına razılıq verdiyini təsdiq etmişdir. Agentlik fəaliyyətlərin dayandırılması ilə bağlı yoxlanışları gələn həftə başlayacaq. Hesabat agentliyin son iki il ərzində İrandakı fəaliyyəti və kəşfləri barədə məlumat verir. Sənəddə deyilir ki, müfəttişlər nüvə programları ilə bağlı bir neçə obyektdə olmuşlar. Lakin onlara hələ də Vaşingtonun silah programlarının bir hissəsi hesab etdiyi kompleksə səfər etmələrinə icazə verilməyib. Hesabatda bildirilir ki, Beynəlxalq Nüvə Enerjisi Agentliyi İranın nüvə silahlarının istehsalı ilə bağlı fəaliyyətlərinin təsdiq etməsi üçün tam qanuni səlahiyyətə malik deyil. İranın BMT-nin nüvə agentliyi ilə əməkdaşlığı barədə son dəqiqə verdiyi gərarı göstərir ki, İran Təhlükəsizlik Şurasının mümkün sanskiyaları ilə üzləşmək istəmir.

XS
SM
MD
LG