Accessibility links

Üsyançılar Fəllucə məğlubiyyətinin əvəzini çıxmağa çalışırlar - 2004-11-16


38 amerikalı, 6 iraqlı əsgərin və 1200 yaraqlının ölümü ilə nəticələnən iki həftəlik döyüşlərdən sonra, Amerika və İraq qoşunları Fəllucə şəhərinə tam nəzarət əldə etmək üzrədir. Lakin Fəllucədəki hərbi zəfər baş vermiş uğursuzluqların kölgəsində qalmışdır. Bu uğursuzluqlar arasında İraqın digər şəhərlərinə yayılmış zorakılıqlar, Amerikalı dəniz piyadası əsgərinin silahsız və yaralanmış iraqlı üsyançını qətlə yetirməsi, İraqın Qırmızı Aypara cəmiyyətinin Fəllucə şəhərində ərzaqın və tibbi ləvazimatın tükənməsi barədə ittihamı kimi faktlar var. Amerika və İraq qoşunları bir neçə gün əvvəl yaraqlılar tərəfindən zəbt olunmuş Mosul şəhərinin şimali hissəsini azad etmək üçün hərbi əməliyyata başlamışlar. Şəhər körpüləri bağlanıb, ABŞ goşunları polis məntəqələrinin müdafiəsinə və nəzarəti İraq polisinin ixtiyarına qaytarmağa başlamışlar. İraqın şimal-qərbində yerləşən Mosul şəhəri Amerika və İraq goşunlarının üsyançılarla döyüşlərini müşahidə etmiş sünnilərin yaşadığı şəhərlərdən biridir. Üsyançılar polis məntəqələrini, körpüləri və siyasi idarələri zəbt etmişlər. Polis qüvvələrinin yaraqlılara müqavimət göstərmədiyinə görə Mosul şəhəri polisi rəisi vəzifəsindən azad olunub.

Bundan başqa döyüşlər Baguba, Buhriz, Suveyrah və Ramadi şəhərlərində də baş vermişdir. Dünən içinə bomba goyulmuş 5 maşın Amerika əsqərlərini hədəf götürmüşdü. Buhriz şəhərində üsyançılar yerli polis məntəqəsinin rəisini girov götürmüşlər və polis zabitləri məntəqəni təhvil verməkdən imtina edəndən sonra onları öldürmüşlər. Bu gün yaraqlıların mərkəzi İraqda hərbi patrula hücumu nəticəsində bir amerikalı əsqər öldürülüb və biri isə yaralanıb.

Güman edilir ki, İraqda baş verən zorakiliqlar Amerika qoşunlarının üsyançıların dayaq nöqtəsi olan Fəllucənin zəbtinə cavabdır.

XS
SM
MD
LG