Beş il əvvəl minalara qarşı beynəxalq sazişin qüvvəyə minməsi ilə bu göstəricinin azaldığı bildirilsə də, dünyada mina təhlükəsi hələ də aktualdır. Gün ərzində yer üzündə 22 dəfə piyadalara qarşı minaların təsadüfi partlayışı baş verir. Bu gün piyadalara qarşı minalarla beynəlxalq mübarizə kampaniyasının açıqladığı hesabatda deyilir ki, mina təhlükəsi əsasən Asiya və Afrikada mövcuddur. Təxminlərin reallıqdan qat-qat aşağı olduğu bildirilir.Belə ki, təxminlərimizə görə bu göstərici 15-lə 20 min arasındadır.Qurbanlarının dəqiq sayını müəyyən etmək mümkün deyil. Vyetnam, Sudan kimi ölkələrdə minaların qurbanlarının hesablanması üçün kifayət qədər resurs yoxdur.Bu gün açıqlanan hesabatda deyilir ki, 2002-2003-cü illər arasında minalardan qlobal istifadə əvvəlki illərlə müqayisədə 300 hal azalmışdır. 1999-cu ildən qüvvəyə minən minaları yasaqlayan beynəlxalq saziş 143 ölkə tərəfindən imzalanmışdır. Sazişə əsasən bu illər ərzində 62 milyon mina məhv edilmiş, 11 milyon kvadrat kilomert sahə minalardan təmizlənmişdir. Lakin kampaniya bütün bunlarla yanaşı bir çox ciddi problemlərin hələ də mövcudluğu və mina təhlükəsinin aradan qaldırılması sahəsində görülməli işlərin çoxluğunu vurğulayır. 42 ölkə minaları yasaqlayan beynəxalq sazişi imzalamaqdan imtina etmişdir. Dünyada 180 milyon istifadə edilməmiş minaların qaldığı deyilir. Bu isə dünya ölkələrinin hər birinin payına bir milyon mina düşdüyü deməkdir. Hesabatda deyilir ki, ən böyük rezervlərə Çin, Rusiya və Birləşmiş Ştatlar malikdir. Minalara qarşı beynəlxalq kampaniya ölkələri sazişi imzalamağa, minalardan təmizlənmə və mina partlayışlarının qurbanlarının müalicəsi üçün əlavə fondlar yaradılmasına çağırır.