Accessibility links

İraqın hərbi qüvvələri Bağdadda sünnü məscidinə reyd təşkil ediblər  - 2004-11-19


Əbü Hənifə məscidi Səddam Hüseyn rejimini dəstəkləməsi və Amerika əleyhinə təbliğat aparması ilə tanınmışdır. Bu gün cümə namazının bitməsindən sonra Amerika əsgərlərinin müşayət etdiyi İraq hərbi qüvvələri məscidə reyd təşkil etdilər. Reyd zamanı bir nəfər ölmüş, bir neçə nəfər yaralanmışdır. Şahidlərin bildirdiyinə görə, əsgərlər azı 40 nəfəri həbs ediblər. Bağdadda baş vermiş daha bir hadisə zamanı intiharçı partlayıçı maddələr yerləşdirilmiş maşınını polis nəzarət məntəqəsinə sürmüşdür. Hadisə nəticəsində azı bir polis nəfəri həlak olmuşdur. Bu arada, Amerika əsgələri Fəllucədə yaraqlıların təlim düşürgəsi olduğuna inanılan bir binanı ələ keçiriblər. Axtarışda olan terrorçu Əbü Musab Əl-Zərqavinin bu binadan istifadə etdiyinə inanılır. ABŞ rəsmiləri cümə günü Fəllucədə təxminən 1200 yaraqlının qətlə yetirildiyini, mindən çox yaraqlının həbs edildiyini bildiriblər.

XS
SM
MD
LG