Accessibility links

Çin Prezident Buşun Şimali Koreya ilə bağlı tutduğu xətti dəstəkləyir - 2004-11-20


Prezident Buş deyir ki, o, başqa dövlətlərin liderləri ilə birgə Şimali Koreyaya nüvə silahları programından əl çəkmək üçün təzyiqləri artırmağa çalışacaq. O, bu məqsədlə Çinli hənmkarı Hu Jintao ilə görüşüb. Prezident Buş və prezident Hu Jintao APEK-in Santiyaqo zirvə toplantısı yığıncağından kənarda görüşmüşlər. Cənab Buş deyib ki, o, və prezident Hu Koreya yarımadasının nüvəsiz bir bölgə olmasını istəyirlər. "Mən onunla gələn 4 il ərzində Koreya yarımadasında, Sakit Okean hövzəsində və bütün dünyada sülhü qorumaq üçün yaxından əməkdaşlıq edəcəyimizi gözləyirəm," deyə cənab Buş bildirib.

APEK-in zirvə toplantısında prezident Buşun gündəliyinin başlıca məsələsi Şimali Koreyadır. Birləşmiş Ştatlar, Cənubi Koreya, Çin, Yaponiya və Rusiya Şimali Koreyanı nüvə silahları proqramından əl çəkməyə razı salmaq üçün, onunla birlikdə danışıqlar aparırlar. Prezident Buş Santyaqoda Şimali Koreyanın nüvə silahları proqramı məsələsini Cənubi Koreya, Yaponiya və Rusiya lideri ilə müzakirə edib. Şimali Koreya bildirir ki, onun nüvə silahları proqramından əl çəkməsi üçün, Amerika Cənubi Koreyadakı hərbi bazalarından Şimali Koreyaya hücum etməyəcəyi barədə rəsmən təminat verməlidir. Birləşmiş Ştatlar 6 dövlətin birlikdə qəbul edəcəyi bəyanatda rəsmi şəkildə Şimali Koreyaya belə bir təminatı verməyə hazır olduğunu, lakin onunla formal olaraq müqavilə bağlamaq istəmədiyini bildirir. Çünki belə bir müqavilə Kongresdə tərəfindən təsdiq olunmalıdır.

Prezident Buş ayrı-ayrılıqda İndoneziya, Kanada, Çili , Meksikanın liderilə də görüşmüşdür. Bu, prezident Buşun öz vəzifəsinə yenidən seçildikdən sonra xarici ölkəyə etdiyi ilk səfərdir.

XS
SM
MD
LG