Accessibility links

İraqda zorakılıqlar çoxsaylı insan təlafatına səbəb olub - 2004-11-20


Bu gün Bağdadın qərbində Amerika və İraq qoşunları ilə yaraqlılar arasında ağır döyüşlər baş verib. Polisin bildirdiyinə görə qumbaraatanlarla və yüngül silahlara silahlanmış üsyançılar polis məntəqəsinə hücum edərək, ən azı 3 polis işçisini qətlə yetirmişlər. Yaxınlıqda maşına qoyulmuş bomba partlayışı nəticəsində isə 3 iraq qvardiyaçısı həlak olub. Mərkəzi Bağdadda Amerika hərbçılərinin verdiyi məlumata əsasən İraq üsyançılarının ordu patruluna qarşı yapdığı hücum nəticəsində 1 Amerika əsgəri öldürülmüş və 9-u isə yaralanmışdır. İzdihamlı küçədə bomba partlaması nəticəsində isə bir mülki vətəndaş ölmüşdür. İraq Mülki İşlər Nazirliyinin bildirdiyinə görə idarənin 4 işçisi bu gün işə gedərkən güllələnib. Bu arada qərbi Ramadi şəhərində Amerika və üsyançıların toqquşması nəticəsində ən azı 5 İraqlı ölmüş, bir neçə adam isə yaralanmışdır.

XS
SM
MD
LG