ABŞ dövlət katibi Kolin Pauell uzun müddətdir ki, dayandırılmış “yol xəritəsi” adlı sülh planının canlandırılması ilə bağlı İsrail və Fələstin rəhbərləri ilə danışıqlar aparmaq üçün İsraildədır. Cənab Pauell bu gün Güdsdə keçirdiyi görüşlər zamanı Fələstin seçkilərinin keçirilməsinə yardım göstərilməsi barədə İsrail rəhbərliyi, qərb sahilindəki Yerixo şəhərində keçirdiyi görüşlər zamanı isə Fələstin rəhbərliyində islahatlar və zorakılıqların garşısının alınması səylərinin davam etdirilməsi ilə bağlı fələstinlilərin razılığını əldə etmişdir. Cənab Pauellin regiona son səfəri prezident Buşun bir il yarım bundan əvvəl İordaniyanın Aqaba şəhərində irəli sürdüyü və beynəlxalq içtimaiyyətin dəstəyini qazanan sülh planı ilə bağlıdır. Lakin bu plan irəli sürüldüyü andan baş tutmamış və zorakılıqların sayı artmışdır. Vaşington və İsrailin sülh səylərinin baş tutmamasında sabiq Fələstin rəhbəri Yassir Ərafat günahlandırılır və onunla danışıqlardan imtina edilirdi.Lakin Yasir Ərafatın vəfatından sonra münaqişəyə cəlb olunmuş tərəflər sülhə yeni imkanlar açıldığını bildirmişlər. Cənab Pauell bildirmişdir ki, sülhə nail olmaq üçün fələstinlilər zorakılıqların garşısını almalıdılar. O, Fələstinin yeni rəhbərliyinin silahlı qruplaşmaların komandirlərini zorakılıq əvəzinə siyasi prosessə goşulmaq dəvətini yüksək giymətləndirmişdir. ABŞ dövlət katibi Kolin Pauellin səfərinin növbəti dayanacağı Misrin kurort şəhəri Şərm Əl-Şeyxdir. İraqla bağlı beynəxlaq görüşdə iştirak edəcək dövlət katibi dünya liderləri ilə İsrail-Fəlsətin sülh prosesinin perspektivəri məsələsini müzakirə edəcək.