Accessibility links

V.Yanukoviçin qələbəsi qəbul edilmir - 2004-11-22


Ukraynanın bir neçə şəhər şurası baş nazir Viktor Yanukoviçi prezident seçkilərinin ikinci turundakı gələbəsini gəbul etmir.Kiyev şəhərinin rəsmiləri ölkə parlamentini seçki nəticələrini təsdiq etməməyə çağırıb. Cənab Yanukoviçin müxalifət namizəd Viktor Yuşşenko üzərində 3 faiz fərqlə Lvov və İvano-Frankovsk şəhərlərindəki gələbəsini bu şəhərlərin rəsmiləri də gəbul etmirlər. Xarıcı müşahidəçilər də seçkilərin pozuntular ilə keçirildiyini bildiriblər. Seçkiləri müşahidə edən ABŞ senatoru Riçard Lugar Ukrayna rəsmilərini seçkilər zamanı təzyiqlər göstərdiyində ittiham edir. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının nümayəndələri seçkilərin demokratik standartlara uyğun keçirilmədiyini bildirirlər. Qərbyönümlü namizəd Yuşşenko tərəfdarlarını etiraz nümayişlərini davam etdirməyə çağırmışdır. Seçkiləri müşahidə edən Rusiya parlamentinin spikeri Boris Grızlov Viktor Yanukoviçi seçkilərdəki gələbəsi münasibəti ilə təbrik etmişdir.

XS
SM
MD
LG