Accessibility links

Ukraynada nümayişlər davam edir - 2004-11-24


Ukraynada minlərlə adam Viktor Yuşşenkonun qələbəsinin qəbul ediləcəyi ümidi ilə nümayişlərini davam etdirir. Avropa Birliyi isə səsvermə yenidən yoxlanmadan Ukraynanın seçkilərin yekun nəticəsini açıqlamamağa çağırır. Belə ki, beynəlxalq müşahidəçilər seçkilərin azad və ədalətli keçirilmədiyini bildirirlər. Kiyevdə səhər açıldığı andan nümayişçilər qarla örtülmüş çadırlarından çıxaraq, Yuşşenkonun bazar günü seçkilərindəki qələbəsinin tanınması ilə bağlı tələblərini yenidən irəli sürmüşlər. Ukraynanın Mərkəzi Seçki Komissiyası seçkilərin rəsmi nəticələrini hələ elan etməmişdir. Lakin gün ərzində elan edilə bilən nəticələrin gərginliyi artıracağı gözlənilir. Belə ki, Seçki Komissiyası baş nazir Viktor Yanukoviçi qalib elan edə bilər. Prezident Leonid Kuçma tərəfləri müzakirələrə səsləyib. O, siyası böhranın Ukraynanı iki-Rusiya-yönümlü şərq və qərb-yönümlü qərb hussələrinə parçalaya biləcəyi barədə xəbərdarlıq verir. Bütün bunlarla yanaşı Avropa Komissiyasının prezidenti Hose Manuel Barroso Ukraynada yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib. O, seçkilərin beynəlxalq standartlara uyğun keçirilmədiynə şübhə etmədiyni deyib. Avropa Komissiyasının prezidenti cənab Borroso deyib ki, Ukraynada keçirilən seçkilərdən razı qalmadığını bildirmək Avropa Birliyinin borcudur. Avropa Birliyinin diplomatları Ukrayna böhranı ilə ölkədə parçalanmaya yol verilməycəyinə ümid bəslədiklərini bildirirlər.

XS
SM
MD
LG