Accessibility links

Viktor Yanukoviç qalib elan edildi - 2004-11-24


Ukraynanın Mərkəzi Seçki Komissiyası baş nazir Viktor Yanukoviçi bazar günü keçirilən prezident seçkilərinin qalibi elan edib. Rəsmilərin bildirdiyinə görə, Viktor Yanukoviç 49 faiz səs toplayar rəqibi müxalifət nümayəndəsi Viktor Yuşşenkodan 3 faiz səs çoxluğu ilə irəliyə çıxıb. Bu gün elan edilən nəticələr paytaxt Kiyevdə əllərində bayraqlar və Yuşşenkonun şəkilləri olan on minlərlə adamın iştirakı ilə keçirilən nümayişlər vaxtına təsadüf edir. Ukraynanın mərkəz meydanında toplaşanlar havanın soyuq keçməsinə baxmayaraq çadırlarda gecələyirdi. Avropa Birliyi Ukraynaya xəbərdarlıq etmişdi ki, səsvermə yoxlanmadan nəticələr elan edilsə, Ukrayna bunun nəticələri ilə üzləşəcək. Seçkiləri müşahidə edən Avropa və ABŞ nümayəndələri səsvermə zamanı saxtakarlıqlara yol verildiyini bildirmişlər. ABŞ dövlət katibi Amerikanın Ukraynanın seçki nəticələrini qəbul etmədiyini bildirib.

XS
SM
MD
LG