Accessibility links

Ukraynanın Ali Məhkəməsində seçkilərin saxtalaşdırıldığına dair  şikayətlə bağlı dinləmələr keçirilir  - 2004-11-29


Ukraynanın Rusiya meyilli namizədi Viktor Yanukoviç seçkilər zamanı saxtakarlıqlara yol verildiyi sübut edilsə, nəticələrin ləğvini qəbul edəcəyini bildirib. Viktor Yanukoviç bu bəyanatla Ali Məhkəmənin seçkilərin nəticələrinin rəsmən elan edilməsini yasaqlamasından sonra çıxış edib. Məhkəmə Yanukoviçə qərbyönümlü müxalifət namizədi Viktor Yuşşenkonun təsdiq etdiyi dəlilləri nəzərdən keçirməsinə əlavə vaxt verib. Müxalifət seçkilərin nəticəsinin ləğvini istəyir. Avropa ölkələrinin əksəriyyəti və Birləşmiş Ştatlar seçkilərin azad və ədalətli keçmədiyini bildirirlər. Müxalifət liderinin müavini məhkəməyə saxtakarlılara yol verildiyinə dair dəlillərə daha 40 sənəd əlavə etmişdir. Hakim müxalifətin tələbini qəbul etmiş, iki saatlıq fasilədən əvvəl sənədləri təhvil almışdır. Qeyd edək ki, bu əlavə sənədlərin məhkəməyə təqdimatına müxalifət saatlarla vaxt sərf etmişdir. belə ki, Viktor Yuşşenkonun tərəfdarları dünən məhkəmədə sənədləri təhvil ala biləcək bir şəxsi tapa bilmədiklərini deyirlər. Onların telefon zəngləri cəhdləri də baş tutumamışdı. Müxalifət və Mərkəzi Seçki Komissiyasının qalib elan etdiyi baş nazir Viktor Yanukoviçi dəstəkləyən kütlə Kiyevin Ali Məhkəməsinə aparan yolu bağlamışdır. Müxalifət tərəfdarları məhkəmənin yeni seçkilər hökmü ilə çıxış edəcəyinə ümid bəslədiklərini deyirlər. Yanukoviç tərəfdarları isə onun qələbəsi ləğv edildiyi və yeni seçkilərə dair hökm çıxarıldığı təqdirdə, Ukraynanın şərq bölgəsinin mərkəzi hökumətdən ayrılması üçün hərəkata başlayacaqlarını deyirlər. Ukraynaın paytaxtı və digər şəhərlərində kütləvi etiraz aksiyaları ikinci həfətəsinə daxil olur.

XS
SM
MD
LG