Accessibility links

Otana qarşı hücum xuliqanlıq imiş - 2004-11-29


Qazaxıstan polisinin bildirdiyinə görə, hökumət tərəfdarı Otan partiyasının baş qərargahında baş verən iki partlayışın arxasında terrorizm deyil, xuliqanlıq dayanır. Alma-Atının polis idarəsinin rəisi terrorçuluqdan başqa bütün mümkün motivlərin istinataqa daxil edildiyini bildirib. Otan partiyası isə hadisənin təkcə partiyanı deyil, Qazaxıstanda sülh və sabitliyi hədəf aldığını bildirib. Xatrıladaq ki, partlayışlar beş dəqiqəlik fasilə ilə dünən axşam baş vermişdi. Yaxınlıqdakı binaların süşələri sınmış, yoldan keçən bir piyada cüzi xəsarət almışdır.

XS
SM
MD
LG