Accessibility links

Quantanamo məhbuslarına işgəncə verilir - 2004-11-30


Beynəlxalq Qırmızı Xaç Komitəsi Birləşmiş Ştatlar ordusunun Quantanamo həbs düşərgəsindəki məhbusların sorğu-suala çəkilməsində işgəncə metodlarından istifadə etdiyini bildirir. Bu gün Nyu York Taymz qəzeti iyun ayı həbsxanada olan Qırmızı Xaç müfəttişlərinə istinadən yazıb ki, məhbusların iradəsinin sındırılması üçün təcridxana, kameraların hədsiz soyuq və ya hədsiz istiləşdiirlməsi kimi alçaldıcı metodlara əl atılır. Nyu York Taymz yazır ki, aşkar edilmiş bu faktlarla bağlı hesabat Ağ Ev, Pentaqon, Dövlət Departamenti və Qunatanamo həbsxanasının komadirlərinə göndərilib. Ağ Evin sözçüsü bu “işgəncə xarakteristikası” ilə razılaşmadığını bildirib. Pentaqon isə Amerikanın məhbuslarla rəftarını təhlükəsiz, humanist və professional adlandırıb.

XS
SM
MD
LG