Accessibility links

İran nüvə fəaliyyətlərini həmişəlik dayandırmır - 2004-11-30


İran uran zənginləşdirilməsi hüququndan imtina etmədiyini və BMT-nin nüvə agentliyi ilə əldə edilən razılığın bir neçə aydan sonra qüvvəsini itirəcəyini bildirir. İranın nüvə məsələləri üzrə yüksək səlahiyyətli nümayəndəsi Həsən Rovhani Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əldə edilən sazişin yalnız Avropa nümayəndələri ilə danışıqlar müddətində qüvvədə qalacağını deyib. O, dekabr ayının ortalarında bərpa ediləcək danışıqların illər deyil, aylar tələb edəcəyini bildirib.

XS
SM
MD
LG