Accessibility links

Xodorkovski fevraladək həbsdə qalacaq - 2004-12-01


Rusiya məhkəməsi bu gün Yukos şirkətinin keçmiş başçısı Mixail Xodorkovskinin fevral ayının 14-dək həbsdə saxlanılacağı barədə hökm çıxarıb. Hökumət isə şirkətin əmlakının satışına hazırlaşır. Məhkəmə saxtakarlıq və vergilərdən boyun qaçırılması itthamı ilə nəzarət altına alınan Xodorkovskinin vəkilinin onun azadlığa buraxılması ilə bağlı vəsatətini rədd edib. Xatırladaq ki, Mixail Xodorkovski artıq bir ildən artıqdır ki, həbsdədir. Kremlin tənqidçiləri onun vergilərdən boyun qaçırılması ittihamlarının Xodorkovskinin Rusiyanın müxalifət partiyalarını dəstəkləməsinin qisası adlandırırlar.

XS
SM
MD
LG