İraqın müvəqqəti baş naziri İyad Ələvi bu gün İordaniyada yanvar ayının 30-a təyin edilən seçkilərə dəstək toplamaq məqsədi ilə İraqın qəbilə başçıları və dünyəviçi liderləri ilə görüş keçirib. Müvəqqəti hökumət vətəndən xaricdə yaşayan 4 milyon iraqlını seçki prosesinə cəlb etməyə çalışır. İraq daxilindəki bəzi sünnü partiyalar və din xadimləri təhlükəszlik səbəbi ilə seçkiərin 6 ay təxirə salınmasını istəyirlər. Lakin İraqın müvəqqəti prezidenti Qazi Əl-Yavər bu gün seçkilərin vaxtında keçirilməli olduğunu deyib.