Accessibility links

Misir və BMT İsraili Suriyanın təklifini qəbul etməyə cağırır - 2004-12-01


Misir və Birləşmiş Millətlər Təşkilatı İsraili Suriya ilə sülh danışıqları barədə Suriyanın təklifinii qəbul etməyə çağırıblar. Misrin xarici işlər naziri Əhməd Əbdül Gheit Qüdsdə İsrailin baş vaziri Ariyel Şaron və həmkarı Silvan Şalom ilə keçirdiyi danışıqların diqqət mərkəzində gələn il İsrailin hərbi qüvvələrinin Qəzzə zolağından çıxarılması məsələsi üzərində çəmləşib. Əbdül Gheit deyib ki, Suriyadan İsraillə danışıqların başlaması ilə bağlı təkliflər barədə rəsmi məktub almasa da, iki tərəfi yenidən danışıqlara çağırır. Suriya ilə İsrail arasında danışıqlar 2000-ci ildə kəsilmişdi. Suriya 1967-ci ildə Yaxın Şərq müharibəsi zamanı İsraildən işğal etdiyi Qolan təpəliklərindən hərbi qüvvələrini çıxarmasını tələb edir. Baş nazir Şaron Qolan təpəliklərinin Suriyaya qaytarılması barədə söz açmasa da, Suriyanın Livandakı Hizbullah partizanlarının İsrailə qarşı hücumlarının qarşısını aldığı və ölkəsindəki terrorçu fələstin yaraqlı qruplarının baş qərargahını bağladığı təqdirdə danışıqların reallaşa biləcəyini deyib.

XS
SM
MD
LG