Accessibility links

İranda terror hadisəsinin ildönümü qeyd edilir - 2004-12-02


İranda 200-ə yaxın sərt xətt tərəfdarı Tehran qəbirsitanında 1983-cü ildə Livanda 241 Amerika əsgərinin ölümünə səbəb olmuş intiharçı bomba hücumunun xatirəsinə həsr edilən abidənin açılış mərasimində iştirak edib. Qrupun nümayəndəsinin dediyinə görə, bu intihar hücum müsəlmanların Amerikaya qarşı apardığı mübarizənin ən böyük qələbəsidir. Mərasimin təşkilatçıları israr edirlər ki, onların İranın ruhani hökumətilə heç bir əlaqələri yoxdur. Xatırladaq ki, 1983-cü ildə Livanda vətəndaş müharibəsinin bitməsinə yardım etmək üçün, Birləşmiş Ştatların əsgərləri çoxmillətli hərbi qüvvələrin tərkibində xidmət göstərirdi. Həmin ilin oktyabrında Amerika əsgərlərinin qazarması yaxınlığında yük maşınına yerləşdirilmiş bomba partlayışı nəticəsində 241 Amerika əsgəri həlak olmuşdu. Birləşmiş Ştatlar bu hücum üçün məsuliyyəti İranın himayə etdiyi Hizbullah qrupunun üzərinə qoyur.

XS
SM
MD
LG