Accessibility links

Həmas müzakirələrə hazırdır - 2004-12-03


Həmas qrupunun liderlərindən biri Həsən Yusifin bildirdiyinə görə, Fələstinin militant qrupu İordan çayının qərb sahili və Qəzza zolağında dövlətçilik imkanları və İsraillə sülh sazişi məsələlərinin müzakirəsinə hazırdır. Həmasın yüksək səlahiyyətli nümayəndəsi cənab Yusifə istinad edən xəbər agentlikləri bildiriblər ki, qrup uzunmüddətli sülh sazişi, Fələstin dövlətinin yaradılmasını 1967-ci il sərhədləri çərçivəsində qəbul edəcək. Bununla 1967-ci ildə Yaxın Şərq müharibəsi zamanı İsrailin işğal etdiy torpaqlar nəzərdə tutulur. Həmasın bu bəyanatı İsrailin məhvi siyasəti yürüdən qrupun mövqeyini dəyişdiyi deməkdir.

XS
SM
MD
LG