Accessibility links

Bağdadda 20-dən artıq adam öldürülüb - 2004-12-03


Bu gün Bağdadda polis idarəsi və məscidə qarşı hücumlar nəticəsində iraqlı mülki vətəndaşlar və polis zabitləri öldürülüblər. Bağdadda zorakılıqların sayı artır, qurbanların sayı gündən-dünə çoxalır. Bu gün 11 nəfər polis zabitini daxil etməklə, 20 artıq insan öldürülüb.Mikro-avtobusda dörd nəfər yaraqlı özlərini Bağdadın şiə məscidinin yanında partlatmışlar. Səhər namazına gəlmiş 14 mülki vətəndaş və hücümçular partlayış nəticəsində ölmüş, azı 19 nəfər yaralanmışıdır.Eyni zamanda yaraqlılar Bağdadda iki polis idarəsinə hücum etmiş, idarələrin birinə 5 raket atmışlar.Başqa bir polis idarəsinə əl gumbaraları ilə silahlanmış 20-dən artıq yaraqlı hücum etmişdi. Hücum nəticəsində 11 polis zabiti öldürülüb və 5 nəfər yaralanıb. Yaraqlılar 20 nəfər dustaqı azad ediblər.

XS
SM
MD
LG