Accessibility links

Bağdadda intiharçı hücumlar davam edir - 2004-12-04


Yaxşı mühafizə edilən Bağdadın mərkəzindəki Yaşıl Zonada polis məntəqəsinin yaxınlığında iki intiharçının bomba partlatması nəticəsində azı 7 nəfər həlak olmuş, onlarla adam yaralanmışdır. Birləşmiş Ştatların İraqdakı rəsmiləri deyirlər ki, partlayış İraqın müvəqqəti hökumətinin, ABŞ və Britaniya səfirlikləri binalarının yaxınlığında baş verib. Yaşıl Zonaya daxil olmaq üçün beş yoxlama məntəqəsi mövcuddur. Partlayışdan az sonra yaraqlılar kiçik silahlarla yaxınlıqdakı polis məntəqəsinə hücum ediblər. Qeyd edək ki, yaraqlılar son vaxtlar polis məntəqələrinə daha çox hücumlar edirlər. İraqın müvəqqəti hökumətinin bir sıra rəsmiləri Fallucədən qaçan yaraqlıların indi Bağdadı hədəfə aldıqlarını deyirlər. Bugünkü hücum 4 intihaçının mikroavtobla şiələrin məscidinə və iki polis məntəqəsinə edilən hücumun nəticəsində 26 nəfərin həlak olmasından bir gün sonraya təsadüf edir. Yaraqlıların bu hücumlarda məqsədi seçkilərin keçirməsinə əngəl törətməkdir. Bu arada ABŞ-ın İraqdakı rəsmiləri deyirlər ki, Bağdad və Baqubada Amerika əsgərlərinin hücuma məruz qalmaları nəticəsində 2 əsgər həlak olmuş, 6 əsgər isə yaralanmışdır.

XS
SM
MD
LG