Accessibility links

İran Mustafa Həmzəni Misrə təhvil verib - 2004-12-05


Misrin keçmiş miltantı Hani Əl-Sibaiyenin bildirdiyinə görə, İran 1995-ci ildə Misir prezidenti Hüsnü Mübarəkə qarşı sui-qəsd cəhdində ittiham edilən şəxsi gizli şəkildə Qahirəyə təhvil verib. Hazırda Londonda yerləşən İslam Mərkəzinə başçılıq edən cənab Əl-Sibaiyeni Mustafa Həmzə adlı şəxsi İranın Misrə oktyabr ayında verdiyini bildirib. 1992-ci ildə qiyabi ittiham edilən Həmzə 3 dəfə ölüm cəzasına məhkum edilib. Bu gün verilən bu məlumata nə İraq, nə də Misir münasibət bildirib.

XS
SM
MD
LG